2014-cü ilin əvvəlindən bu gunə kimi Rusiyanin 20 ən zəngin iş adamı 64 milyard dollar itirib
Milyarderlərin şəxsi durumlarının dinamikasini qiymətləndirən “Bloomberg markets” jurnalı göstərdiyi dəlillərə gorə, son bir həftə ərzində Rusiya milyarderləri, ölkəsindəki böhranla əlaqədar olaraq 10 milyard dollar itirib.
2014-ci ilin əvvəlindən bu günə kimi isə 20 zəngin iş adamının itkisinin ümumi həcmi 64 milyard dollara gəlib catır. İndi onlar 174 milyard dollarlıq aktivə nəzarət edirlər.