O, bu haqda şəxsi “facebook” səhihəsində yazıb
Son zamanlar həbsxanalardan və istintaq təcridxanalarından bir-birinin ardınca xoşagəlməz xəbərlər gəlməkdədir. Bu xəbərlərin çoxunda məhbusların sağlıq durumundan bəhs edilir. Özü də təkcə adları siyasi məhbus siyahılarında olanlar deyil, bu və digər yollarla siyasi motivlə həbs olunanlara da şamil olunur. Bildiyiniz kimi, mənim yaxınlarım 2 saylı cəzaçəkmə müəsisəsində məhkumluq həyatı yaşayırlar. Atam Mirələmov Məhərrəm yaşlı adamdır, ürək xəstəliyindən əziyyət çəkir. Dəfələrlə CÇM-nin tibb məntəqəsində müalicə olunub. Bir dəfə də Böyükşorda yerləşən mərkəzi xəstxanada olub. Amma ona lazımı səhiyyə xidmətləri göstərilməyib. Son zamanlar atamın səhhətindəki problemlər ciddiləşsə də, nə Mərkəzi xəstəxanaya, nə də Tibb Məntəqəsinə göndərilmir. Bu barədə həbsxana rəhbərliyinə yazılı məlumat verilsə də, şikayətinə baxılmır. Halbuki, 2 saylı CÇM-nin, eləcə də digər tibb məntəqələrində kimlərin hansı yolla və vasitələrlə “istirahət etmələri” haqda məndə məlumatlar var. Onu da qeyd edim ki, bu yaxınlarda İlqar Məmmədovun da ( o da 2 saylı CÇM-dədir) səhətində problemlər yaranmışdı. Mətbuatda bu haqda məlumat getdikdən sonra tibb məntəqəsinə yerləşdirilmişdi. Amma müalicəsi tam başa şatmamış onu da tibb məntəqəsindən çıxardılar. Axı İlqar bəydən də pul alamaq imkansızdır. onun əvəzinə kimdənsə filan qədər alıb tibb məntəqəsinə yerləşdirərlər.