Dekabrın 18-də saat 15:00-da Abşeron rayon Məhkəməsində “Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin növbəti məhkəmə prosesi keçiriləcək.
Xatırladaq ki, Seymur Həzi avqustun 29-da saxlanıb. Ona silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.