“Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə açıq məktubum hansı KIV-lərin bu ölkədə müsbət dəyişiklik istəməsini göstərdi. Əksəriyyət KIV-lər, hansısa maraqlardan yazmadığımdan, məktubu paylaşdılar. Kimlər bu sistemin mövcudluğunda, öz maddi çıxarlarını təmin etmək üçün, maraqlı idisə susdular.
Xüsusilə “Yeni Musavat” qəzeti özünü bu ölkədə birinci müxalifət mətbuatı adlandırsa da onlardan da səs çıxmadı”.
Bu fikirləri tanınmış vəkil Aslan Ismayılov özünün “Facebook” səhifəsində yazıb. Qeyd edək ki, Aslan Ismayılov bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə açıq məktub yazmışdı. Həmin məktubu “Azadlıq”, “Meydan TV”, “Amerikanı Səsi” və digər müstəqil mətbu orqanları yaymışdı. Tanınmış vəkil məktubunda hakimiyyətin yürütdüyü siyasəti tənqid etmişdi.