OPEK-in hasilatı kvotasına dəyişiklik etməməsi neftin kəskin ucuzlaşmasına səbəb olub. Nyu-York birjasında Brent markalı neftin qiyməti bir barelinin qiyməti 3,78 faiz ucuzlaşaraq 69,94 dollar, WTI markalı neft isə 4,47 faiz ucuzlaşaraq 66,07 dollar olub.
Qeyd edək ki, OPEK-ə üzv 12 ölkənin hasilatı gündəlik 30 milyon barel həcmində saxlamaq barədə qərarından sonra neftin qiyməti son 4 ildə ən aşağı qiymətə düşüb.