Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onların N. Musayevlə apardıqları danışıqlar nəticəsində o fikrindən daşınıb. FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.
***
Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihar edəcəyini bildirir. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, körpüdən özünü atmaq istəyənin 25-30 yaşları arasında olan gənc, Tovuz rayonundan olan, 1969-cu il təvəllüdlü Nizami Musayevdir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onlar bu şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.