Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib. Turnirdə yeganə təmsilçimiz “Qarabağ” səfərdə Fransanın “Sent Etyen” klubu ilə qarşılaşıb. Bakıda keçirilən ilk oyunda rəqibi ilə qolsuz heç-heçə edən Ağdam klubu bu dəfə də bərabərə qalıb. Oyun 1-1 hesabı ilə baş çatıb. Qolları 15-ci dəqiqədə Vüqar Nadirov və 21-ci dəqiqədə Volfsvinkel vurublar. Sona bir tur qalmış “Qarabağ”ın 5 xalı xalı var.
Qeyd edək ki, “Sent Etyen” keçirdiyi 5 oyunun hamısında bərabərə qalıb. “Dnepr”in 4, “İnter”in isə 11 xalı var. Milan klubu növbəti mərhələni təmin etsə də, qrupda növbəti mərhələyə keçəcək ikinci komandanın adı sonuncu turda məlum olacaq.