«Lukoyl» itkisiz neft hasil edəcək və neftin bir barelinin qiyməti 25 dollara düşsə belə, maksimal rentabelliyi saxlayacaq. Belə bir bəyanatla şirkətin vitse-prezidenti Leonid Fedun çıxış edib.
Onun sözlərinə görə, neftin qiymətinin 25 dollara düşməsi ağır Arktika şəraitində şelfdə yeni layihələr reallaşdıran şirkətlərə məni təsir edəcək. Fedun həmçinin hesab edir ki, belə qiymət şist neftinin hasilatına dair layihələrə də neqaativ təsir edəcək.
O qeyd edib ki, neftin qiyməti hətta indiki səviyyədə qalsa belə, bəzi şirkətlər 7-8 aydan sonra layihələrini dayandırmalı olacaq.
azadlıq.info