Cənubi Azərbaycanda dilənçilik edən adamın üstündən və bank hesablarından 17 milyon dollar aşkarlanıb.
Cənubi Azərbaycanda saxlanılan 64 yaşındakı dilənçinin üstündən 4 min dollar çıxıb, iki bank hesabında isə 13 milyon dollar olduğu aşkarlanıb. Müsadirə edilən pullara sosial xidmətlər binası tikiləcəyi açıqlanıb.
İran rəsmi agentliyi İRNA-ya açıqlama verən Cənubi Azərbaycan əyalətinə bağlı Bükan bələdiyyə sədri Rəşid Mirhesami, dilənçiliklə mübarizə qurumu əməkdaşlarının əməliyyatlarında saxlanan 13 dilənçidən 11-nin ölkənin müxtəlif yerlərindən gəldiyini, şəxsiyyətləri müəyyən olunandan və üstlərində axtarış aparılandan sonra dilənçilərin üstündə tapılan pulların müsadirə edildiyi bildirib.
Dilənçilərdən birinin üstündən 110 milyon riyal (4 min dollar) çıxdığını bildirən Mirhesami, istintaqdan sonra bu adamın iki bank hesabında isə 351 milyard 200 milyon riyal (13 milyon dollara yaxın) olduğunun müəyyən edildiyini və bu pulun müsadirə olduğunu qeyd edib.