“Demokratik Müsavat Partiyasını yaradacağıq”
“İsa bəy təcili sürətdə Qubad İbadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada xanımı (Qadınlar Şurasının sədri Ellada Məmmədli – red.) və digərlərini dəvət edib Müsavat Partiyasındakı vəziyyətə yenidən baxmalıdır, ya da Ana Torpaq partiyasını Müsavatdan ayıracam və Qubad bəyin tərəfdarları ilə birlikdə Demokratik Müsavat Partiyasını yaradacağıq”. Bunu Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər hafta.az-a müsahibəsində deyib.
Rövşən Qəmbər qeyd edib ki, bu addımları İsa Qəmbərə qarşı xəyanət kimi təqdim olunmamalıdır: “Biz Azərbaycan üçün, birlik üçün çalışırıq”.