“Avropa Parlamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəyib, ancaq bu, alınmayıb”
Noyabrın 26-da Strasburqda Avropa Parlamentində 2014-cü il Saxarov mükafatının təqdimatı mərasimi olub. Mükafat Konqodan olan həkim Denis Mukvegeyə verilib.Avropa parlamentinin spikeri Martin Şults bu mükafata 2 digər namizədi də xatırladıb.
Bu namizədlərdən biri olan Leyla Yunus haqda Şults deyib: “ Leyla Yunus Saxarov mükafatına namizəd idi. Çünki Azərbaycanda insan haqlarını böyük əzmlə müdafiə edir və bunun uğrunda vuruşur. Avropa Parlamenti Azərbaycan hökumətini bu günahsız və səhhəti kəskin pisləşənqadını azad etməyə çağırır”.
Şults deyib ki, Avropa Parlamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəyib, ancaq bu, alınmayıb. O, deyib ki, Avropa Parlamenti üzvlərinə Azərbaycana getməyə imkan verilməməsinə etirazını bildirir.O deyib ki, bütün bunlar yolverilməzdir. Şults onu da qeyd edib ki, Strasburqda mərasimdə simvolik akt kimi Leyla Yunusun qızı da iştirak edib.
azadliq.org