Noyabrın 26-da Ramana qəsəbəsində əsasən qadınlardan ibarət bir qrup sakin sosial problemlərlə bağlı etiraz aksiyası keçirib. Sakinlərin etirazına səbəb qəsəbənin yol problemidir. Sakinlər etirazlarını çatdırmaq üçün yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırmaq istəyiblər. Polislər aksiyaya kobud müdaxilə edib və sakinlərə zor işlədib. Bəzi məlumatlara görə, bu zaman sakinlərdən xəsarət alanlar da olub. Buna görə də əraziyə təcili tibbi yardım çağırılıb.
Məlumatı azadliq.info-ya hadisənin şahidi olan əməkdaşımız verib.