Orxan Valehli
Yazacağım bu yazıda,kimisə tərifləmək və ittiham etmək fikrim yoxdur. Müxalif partiyaya üzv olmayan siravi bir vətəndaşın qıraqdan gördüklərindən yazacam.Çox uzağa getməyəcəm.Partiyaya üzv olmadığım vaxtlardakı düşüncəmi sizlərə çatdıracam. Mən AXCP-yə 2 ilə yaxın üzv olsam da, bundan əvvəl də müxalif fikirli biri olmuşam.Və müxalifətdə olma səbəbim, internet TV-lərin birində çalışarkən, dinc camaatın polislər tərəfindən vəhşicəsinə döyülməsi olub. Bu vaxta qədər də bilirdim, amma şahidi olduğum hadisələrdən sonra yaxşı anladım ki, bu ölkə də “bir nəfər hami üçün, hamı bir nəfər üçün” devizi bir tərəfli işləyir.Sən haqqını tələb edə bilərsən. Sənə heç bir hüquq tanınmır. Sözümün canı : Elə oldu ki,çalışdığım TV də satılmışlar siyahısına daxil oldu.Və mən də oradan çıxmaq məcburiyyətində qaldım.Mən yaxşı anlayırdım ki, heç bir partiyaya üzv olmadan, müxalifətdə olmaq böyük təhlükədir. Lap əvvəldən də izləyirdim, bundan sonra da partiyaların fəaliyyətini ciddi izləməyə başladım.
Doğrusunu deyim ki, əvvəldən ana müxalifət Musavatı bilirdim.Və fikrimdə ora üzv olmaq idi. Fb-da bütün müxalifət partiyalarını izləmək qərarına gəldim.Çox təəssüflər olsun ki, mən qısa müddət ərzində seçim etmək məcburiyyətində qaldım.Mən çox istəyərdim ki, uzun müddət 2-3 partiya arasında seçim qarşısında qalam.Hansının daha doğru yolda olduğuna və hansına üzv olacağıma qərar verə bilməyəm. Heç bilirsiniz, qıraqdan mehribanlıqla qeyri – mehribanlıq necə sezilir? Cəbhəçilərin hər gün bir-birlərinə dəstək olması, hər birinin bir-birilə sözünün uyğun gəlməsi və hər gün fəxrlə bir ağızdan”Cəbhəçi olmurlar, cəbhəçi doğulurlar”demələri, insanda böyük inam yaradır.Doğrusu bu partiyaya üzv olmadığım üçün, onların yaxşı mənada paxıllığını çəkirdim.
Musavatı seçməməyimin səbəbi isə Musavatçıların fikrimi qarışdırmaları oldu. Hələ onda nə Arif Hacılı məsələsindən, nə də “Yeni Musavat” qəzetindən xəbərim yox idi. Bir partiyanın içində sanki 4-5 partiya yerləşirdi.Ora addım atmağa qorxma səbəbim, özləri özlərinə bu qədər soyuq münasibət bəsləyirlərsə, qıraqdan təzə qoşulmuş bir gəncə necə münasibət bəsləyəcəklər deyə düşünməm oldu.Və çox təəssüf ki, düşüncələrimdə haqlı olduğumu zaman sübut etdi.
İqtidarda alternativsizlik yaratmaq istəyənlər, bu alternativsizliyi müxalifətdə yaratmağı bacardılar. Musavatın eks başqanı İsa Qəmbər, nə də Arif Hacılı, “Yeni Musavat”qəzetində Rauf Arifoğlunun nə oyun çıxardığından xəbərsiz deyildi. İndi hal-hazırda Musavatda olan idealogiyalı insanlar, orada yalnız xətir xəstəliyinə görə qalıblar.Hər birinin də, hər şeydən xəbərləri var.Amma bu yol elə bir yoldur ki, burada xətir xəstəsi olmaq olmaz. Yaxşı olmazdımı ki, bu yolda bir yürüyək?! İndi mən hardan bilə bilərəm ki, indiyə qədər siyasi bir səhvi olmayan bir insandansa, İlham Əliyevi seçməyi tərcih edən insanlar, seçkilərdə saxtakarlığa imza atmayacaqlar. Mən daha camaat içində deyə bilmirəm ki, bizim TV-lərə çıxmaq imkanımız yoxdur.Bu sözü deyəndə, cavab bu olur ki, hər gün Arif Hacılı, Rauf Arifoğlu TV-lərdə çıxış edir.Mən buna qətiyyən narazı deyiləm. Amma gəlin baxaq görək, onların bu çıxışlarında müxalifətə aid nəsə bir söz tapmaq olarmı?! Əlbbətdə ki, xeyir. Bir gün Arif Hacılı mitinq keçirsə, v hakimiyyət Hafiz Hacıyevin mitinqlərində etdiyi kimi,məktəblərin və universitetlərin müəllim və tələbələrin zorla ora toplasa, mənə təəccüblü gəlməz. Hakimiyyətin məqsədi odur ki, əsl müxalifətin səsini batıra, xalqdan gizlədə, cib müxalifətini isə, ana müxalifət kimi üzə çıxara. Sonra da deyə ki, baxın görün sizin müxalifətiniz kimlərdir. İndi gördünüzmü ki, biz alternativsizik?! “Müxalifət yoxdur” ifadəsinin səbəbkarı bunlardır.Xalqın izlədiyi TV-lərdə cib müxalifəti olduqdan sonra , mən daha onlara sübut edə bilmərəm ki, əsl müxalifət onlar deyil! Əsl müxalifət var və hər bir üzvü də eyni ittihamla qazamatda yatır.