Noyabrın 26-da səhər Çinin şimal-şərqində kömür mədənində baş vermiş yanğında 24 şaxtaçı həlak olub. Rəsmi Xinhua agentliyinin məlumatına görə, daha 52 şaxtaçı yaralanıb.
Qəza Liaoning vilayətində, dövlətə məxsus Fuxin Coal Corp. şirkətinin idarə etdiyi kompleksdə baş verib. Məlumata görə, kiçik zəlzələ mədəndə qığılcım yaradıb, o da alova çevrilib.
Çin mədənləri dünyada ən təhlükəli sayılır. Baxmayaraq ki, təhlükəsizlik tədbirlərinin artırılması qəzalarda ölü sayını ciddi azaldıb.
azadliq.org