Noyabrın 25-də Nərimanov Rayon Məhkəməsi AXCP üzvü Murad Ədilovun vəsatətinə baxıb. Vəkil Yalçın İmanov “Media forum” saytına deyib ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə Murad Ədilov da iştirak edib: “Murad Ədilovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət vermişdik. Heç bir əsas gətirilmədən vəsatət təmin olunmadı”.
Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. Nərimanov Rayon Məhkəməsi avqust ayında Murad Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Noyabrın 6-da isə həbs müddəti daha iki ay uzadılıb.
Murad Ədilovun işi üzrə istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.