Batumidə “Avropa Birliyinin Şərq Tərəfdaşlığı” çərçivəsində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda siyasi məhbusların şəkilləri əks olunan sərginin pozulması olayı hələ də gündəmin əsas müzakirə mövzularından biridir.
Tədbirə qatılan Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüqar Bayramov şkillərin cırılmasını onunla əsaslandırıb ki, plakatlarda ölkə başçısını təhqir edən ifadələr olub.
Lakin jurnalıst Aynur İmranova bu arqumetləri heçə endirən faktlarlar ortaya çıxarıb. Belə ki, jurnalist forumda qalmaqala səbəb olan stendəki fotogörüntüləri əldə edib.
A.İmranovanın “Facebook”da paylaşdığı şəkillərdən görünür ki, həmin stentlərdə ölkə başçısı haqqında heç bir təqhiramiz ifadə əks olunmayıb.
Aynur İmranovanın statusunu təqdim edirik: “Hörmətli Vugar Bayramov dünən onu tənqid edənlərin birinə cavab olaraq bildirmişdi ki, o stendlərdə dövlət başçısı haqqında qəbuledilməz ifadələr yazlıbmış, ona görə boykot edilib. Mən həmin stendəki əks olunan görüntüləri aldım, sizinlə də paylaşıram. Burda dövlət başçısının ünvanına işlədilən qəbuledilməz ifadə tapmadım, siz tapsanız, mənimlə də paylaşın lütfən…”
Hökumətə yaxın QHT-rin daha bir arqumenti də onunla bağlıdır ki, niyə tədbirdə yalnız Azərbaycanla bağlı stendlər düzəldilib. Ermənistandakı siyasi məhbusların şəkilləri əks olunan stend olmayıb. Bu fikri ciddi şəkildə əsaslandırmağa çalışanlardan biri hökumətə yaxınlığı ilə seçilın deputat Azay Quliyevdir. Tədbirdə iştirak edən vəkil Xalid Bağırov deputatın bu iddiasına özünə məxsus tərzdə cavab verib.
Xalid Bağırov bununla bağlı “Facebook” səhifəsində yazır: “Növbəti arqumentləri- “People in Need” niyə yanlız Azərbaycanla bağlı siyasi məhbus posterləri qoyub. Bunlar bizi lap biabır etmək istəyirlər. Elə bilirlər müqayisə üzümüzü ağardacaq.
Təsəvvür edin
Gürcüstanla bağlı stenddə 4 (bir iki il öncə bu ölkədə daha çox siyasi məhbus var)
Belorusla bağlı stenddə 7 (4 ay öncə 11)
Ermənistanda 17
Azərbaycanda 98 siyasi məhbus olardı.
Moldova və Ukrayna ilə bağlı stendlər ümumiyyətlə boş olardı. (Birincisi 2000-lərin ortasında artıq bu problemi həll etdi, ikincisində isə bu ilin fevralında 23 məhbusun hamısı buraxıldı.)”