Rusiya ilə Abxaziya arasında bağlanmış “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” saziş Rusiya ilə münasibətlərin normallaşmasını çətinləşdirəcək. İTAR-TASS-ın məlumatına görə, bunu Tiflisdə keçirdiyi brifinqdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib.
Marqvelaşvili hesab edir ki, beynəlxalq hüquqa zidd olan müqavilənin imzalanması Rusiyanın Abxaziyanı işğalına yönələn addımdır. Gürcüstan prezidenti beynəlxalq ictimaiyyəti qeyri-qanuni sazişə müvafiq siyasi qiymət verməyə çağırıb.
Xatırladaq ki, bu gün Soçidə Rusiya ilə Abxaziya arasında imzalanmış saziş ümumi müdafiə və təhlükəsizlik məkanının yaradılmasını nəzərdə tutur.