Məşhur hokkey məşqçisi, üçqat Olimpiya çempionu Viktor Tixonov 85 yaşında vəfat edib. Bu barədə ЦСКА hokkey klubunun baş direktoru İgor Yesmantovich məlumat verib. Oktyabrın ortalarında yayılan məlumata görə, Tixonov sərbəst hərəkət edə bilmir və evdə müalicə alır. O, xəstəxanaya yerləşdirilib və bazar ertəsinə keçən gücə dünyasını dəyişib.
Viktor Tikhonov SSRİ yığma komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 8 dəfə dünya çempionu olub, 3 dəfə Olimpiya oyunlarında qalib gəlib. O, həmçinin Rusiya hokkey yığmasına başçılıq edib və 2004-cü ildə bu vəzifədən gedib.