Putindən sonra Lavrov da Qərbin Rusiyanı devirmək istədiyini dilə gətirdi
Rusiyanın təcavüzkar siyasəti bu ölkənin ağır zərbələr almasına xidmət etdi. Xüsusilə, Ukraynaya qarşı münasibət, Krımın ilhaqı Rusiyanın “qırmızı xətt”i keçməsi oldu. Keçmiş sovetlər birliyini yeni formada yaratmaq, 15 Respublikanı təhdid yolu ilə özünə tabe etmək arzusu Putin Rusiyasını gicəlləndirdi. Nəticə isə ondan ibarətdir ki, Qərb dünyası Rusiyaya qarşı eyni mövqedən çıxış etdi, ağır sanksiyalar gündəmə gəldi və bu ölkəni çətin günlər gözləyir.
Təbii ki, dünyadakı demokratikləşə prosesi Rusiyaya da öz təsirini göstərməli və avtroitar rejimlərin “xaç atası”na çevrilən ölkəni silkələməli idi.
Indi yaranmış vəziyyət Putin hakimiyyətini bərk narahat etməyə başlayıb. Artıq anlayırlar ki, ölkənin sürətlə uçuruma getməsi xalqın kütləvi etirazı ilə nəticələnə bilər. Ona görə də “rəngli inqilab”larla bağlı mənfi təbliğat aparılır və Rusiyanın inqilablara qarşı amansız olacağı mesajı verilir.
Noyabrın 20-də Təhlükəsizlik Şurasında çıxış edən Putin bildirib ki, “biz rəngli inqilabların hansı faciəvi nəticələrə apardığını görürük”. O bildirib ki, oxşar nəticələrin Rusiyada təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə Xarici və Müdafiə Siyasəti Şurasının icalasında sensasiyon çıxış edib: “Qərbin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar ölkədəÿhakimiyyətin tezlikləÿdəyişdirilməsinəÿxidmət edir. Hətta ilin sonuna yaxın bu sanksiyaların daha da gücləndirilməsi gözlənilir. Qəbul edilən sanksiyanın məqsədi açıq şəkildəÿRusiyanın ilk növbədəÿiqtisadiyyatına zərbəÿvurmaqla vəÿbununla da ümumxalq etirazlarının başlanmasına təkan verməkdir” – deyə Lavrov bildirib.
Həm Putinin, həm də Lavrovun çıxışlarından görünür ki, gözlənilən təhlükənin miqyası böyük olacaq və Putin rejiminin çökməsi ilə nəticələnəcək.
Son dövrlər beynəlxalq tədbirlərdə Rusiyanın beynəlxalq sülhə təhdid törətməsinin təkrarlanması, bu ölkəyə qarşı ciddi xəbərdarlıqların olması, Qərbin Rusiya ilə bağlı planlarının ciddi olduğunu göstərir.
Göründüyü kimi Rusiya rəhbərliyi bu prosesin sürətlə irəlilədiyini və geriyədönməz xarakter aldığını qəbul edir.
Əslində, baş verənlər həm də Rusiyaya sığınan ölkələr üçün ibrət dərsi olmalıdır. Bütün avtoritar rejimlər anlamalıdır ki, demokratiyanın alternativi yoxdur.
Əks halda Putin və Lovrov kimi “rəngli inqilab”lar qorxusu ilə yaşayacaqlar.
Akif