Azərbaycanda balıq məhsullarının satışı üçün “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” nda dəyişiklik edilib.
Nazirlər Kabinetindən “Trend”ə bildiriblər ki, qaydaya edilən əlavəyə əsasən, ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçiriləcək.
Redaksiyamıza daxil olan məlumata görə bu qaydalar əslində balıq satışını inhasara almaq məqsədi daşıyır. Ilk baxışda qaydaların istehlakçıların maraqlarına xidmət etdiyi görünsə də məqsəd başqadır. Bir çox sahələrdə monopoliya əhalinin maraqlarının təmin olunması adı altında həyata keçirilib. Bu özünü bir müddət sonra biruzə verib.