Bakı şəhərinin Binəqədi rayonunda yerləşən avtobus qarajında güclü yanğın olub. Lent.az-ın Fövəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qarajın təsərrüfatı şöbəsinin dayanacağında iki “Mercedes” markalı sərnişin avtobusu tamamilə yanıb. Dayanacaqda olan digər avtobuslar yanğından mühafizə olunub. Yanğın 05:13-də söndürülüb.
Hadisənin səbəi araşdırılır.