Serqey Lavrovdan sensasion bəyanat
“Qərbin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar ölkədə hakimiyyətin tezliklə dəyişdirilməsinə xidmət edir. Hətta ilin sonuna yaxın bu sanksiyaların daha da gücləndirilməsi gözlənilir”.
Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının icalasında çıxışında bildirib.
“Azadliq.info”-nun “Newsru.com” saytına istinadən verdiyi məlumata görə Lavrov həmçinin qeyd edib ki, qəbul edilən sanksiyanın məqsədi açıq şəkildə Rusiyanın ilk növbədə iqtisadiyyatına zərbə vurmaq və bununla da ümumxalq etirazlarının başlanmasına təkan verməkdir. Bu da hakimiyyətin dəyişdirilməsi üçün atılan addımdır.