ATV-nin keçmiş prezidenti, diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim Ibrahimovun qardaşı Tağı Ibrahimov telekanalı 20 milyon manata satı. Bu barədə “Bizim Yol” qəzetinə Ibrahimovların keçmiş ortağı “Fəqan-1″ MMC-nin təsisçisi Rauf Hüseynov bildirib.
Rauf Hüseynov bildirib ki, ATV-nin Tağı Ibrahimovdan məcburi alınması, yaxud telekanalı könüllü verməsi barədə deyilənlər onun tərəfindən dövriyyəyə buraxılan şayiələrdir: ”Ona məxsus televiziya kanalını 20 milyon manata satıb, amma kanalın əlindən alındığı və ya özünün könüllü verdiyi şayiələrini yayır. Bunu maliyyə qarşılığında satıb, niyə havayı verdiyini iddia edir, bunu anlamaq mənə çətindir”.
Qeyd edək ki, ATV 2012-ci ildə Ibrahimovlardan alınıb. O zaman yayılan məlumatlarda bildirilirdi ki, telekanalın Ibrahimovlardan alınması onlar üçün gözlənilməz olub. Deyilirdi ki, həmin vaxt Tağı Ibrahimov Istanbuldan təcili Bakıya çağırılıb və gecə ilə ona televiziyanı təhvil verməli olduğu deyilib. Ona deyilib ki, özü və qardaşı Natiq Ibrahimov kabinetlərini təcili boşlatmalıdırlar.