ABŞ-ın “Bussiness Insider” dərgisi Oksford Universitetində fakultələr üzrə müsabiqələrdə qəribə suallar verildiyinə dairə xəbər hazırlayıb. Həmin suallardan bir neçəsini təqdim edirik:
– Qısa hekayəni romandan fərqləndirən nədir? (Müasir dillər fakultəsi)
– İnsanların nəyə görə iki gözü var? (Təcrübi psixologiya fakultəsi)
– Şeir başa düşülməsi çətinmi olmalıdır? (Müasir dillər fakultəsi)
– Nəyə görə parabüzən də qırmızıdır, çiyələk də? (Biologiya fakultəsi)
– Əgər qadağan olunmuş yerlərdə avtomobil saxlamağın cəzası ölüm olsaydı və kimsə həmin yerlərdə avtomobil saxlamasaydı, bu, doöru qanun olardımı? (Hüquq fakultəsi)
– İnsanlar üçün “normal” hansı mənanı verir? (Psixologiya fakultəsi)
– Pələnglərin kökü tamam kəsilərsə, bu, bir əhəmiyyət kəsb edərmi? (Biologiya fakultəsi)