Noyabrın 20-də saat 20 radələrində Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Astara rayon sakini İsa Allahverdiyevin idarə etdiyi “Mercedes” və Cəlilabad rayon sakini Bəlafər Abdiyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş İ.Allahverdiyev ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.