Türkiyənin Gəzi Parkı bağlanıb. Avropa.info-nun məlumatına görə, parkda aparılacaq tikinti işləri yenidən gündəmə gəlib. CHP məsələ ilə bağlı açıqlama verəcəyini bildirib. Elə CHP-nin açıqlaması öncəsi Gəzi parkı bağlanılıb.
CHP Gəzidə gedəcək tikinti işlərinə büdcədən ayrılan pullar barədə açıqlama vermək üçün Gəzi parkının girişinə gəlib. CHP-nin açıqlaması ərəfəsində mülki polislər parkın girişini bağlayıb. Su şırnaqları maşınları və çevik polis qüvvələri isə parkın ətrafında hazır gözləyir.