Fuad Qəhrəmanlı: «Respublikaçıların mövqelərinin güclənməsi ABŞ-ın xarici siyasət kursuna təsir etməyəcək»
ABŞ Konqresi keçən həftə ara seçkilərdən sonra respublikaçıların Senatda nəzarəti ələ aldığı və Nümayəndələr Palatasında yerləri genişləndirdiyi şəraitdə bu gün yenidən işə başlayıb. 2007-ci ildən bəri demokratların nəzarətində olan Konqresdə prezident Barak Obamanın qatı tənqidçiləri olan opponentlər indi nüfuzlu mövqelər tutur. Senatda nüfuzlu respublikaçı Mitç Makkonnel əksəriyyətin lideri olacaq və Nümayəndələr Palatasında hansı qanun layihələrinin müzakirəyə çıxarılmasını müəyyən edəcək.
Bu qanun layihələrinin çox hissəsi Senatın indi respublikaçıların nəzarətinə keçən komitələrində artıq təsdiq edilib. Xarici Əlaqələr Komitəsinə Obama administrasiyasının Iraq və Suriyada Islam Dövləti qrupuna qarşı siyasətini kəskin tənqid edən senator Bob Korker rəhbərlik edəcək. Bob Korker Dövlət katibi Con Kerrini bu ilin əvvəli ifadə verdiyi dinləmələr zamanı kəskin tənqidlərə məruz qoymuşdu.
Senatın Silahlı Qüvvələr Komitəsinin yeni sədrinin 2008-ci ildə prezident Obamanın respublikaçı opponenti olan senator Con Makkeynin olacağı gözlənilir.ÿSenator Makkeyn Rusiyanın Ukraynaya müdaxiləsi də daxil olmaqla, qlobal böhranlarda ABŞ-ın ciddi cavab verməsinin tərəfdarıdır.
Senatdakı respublikaçıların prezident Obamanın xarici ölkələrdə səfirlərdən tutmuş, hakimlər və federal hökumətdə müxtəlif vəzifələrə nominasiya etdiyi namizədləri təsdiq etmək, ya da rədd etmək kimi gücü var.
Təbii ki, ABŞ dünyanın nəhəng ölkəsidir və mövqeyi də bəllidir.
Ancaq, bu gün Ukrayna, Suriya, IŞID, Israil-Fələstin kimi həlli mühüm olan məsələlər var. Eyni zamanda avtoritar ölkələrlə münasibətlərdə demokratiyanın prioritet olacağı və belə hakimiyyətlərin cəzalanacağı kimi mövqelər də var.
Respublikaçıların Senatda mövqelərini möhkəmləndirməsi, ABŞ-ın xarici siyasətinə necə təsir edəcək və hansısa dəyişiklikləri gözləmək olarmı?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, ABŞ-ın xarici siyasətində kardinal dəyişikliklər baş verməyəcək və respublikaçılar daha təşəbbüskar olacaqlar: “Respublikaçıların mövqelərini gücləndirməsi xarici siyasətdə özünü göstərəcək. Ancaq, bu təsir Amerikanın maraqlarına zidd, mövcud siyasətin əksinə olmayacaq. Sadəcə olaraq, Ukrayna, Suriya, IŞID kimi məsələlərdə müəyyən detallar dəyişə bilər. Bu da siyasi kursun daha təşəbbüskar və çevik olmasından ibarət olacaq. Ancaq, istənilən halda Obama adminstrasiyasının müəyyən etdiyi siyasi kurs davam edəcək. Əsas odur ki, qlobal məsələlərdə ABŞ və Avropa eyni mövqedən çıxış edir və bu siyasət davam edəcək.