Azərbaycan və Böyük Britaniya siyasi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, danışıqlar Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqtonun Bakıya səfəri çərçivəsində aparılacaq. Səfər noyabrın 4-5-nə planlaşdırılıb. Səfər zamanı, həmçinin ikitərəfli əməkdaşlığın digər aspektləri nəzərdən keçiriləcək. Səfər Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində baş tutacaq.