SSRİ-nin ilk rəsmi milyonçusu, Azərbaycan cəmiyyətinin həm də bəstəkar kimi tanıdığı Cənnət Əliyev vəfat edib. Son aylarda onun səhhətində ciddi problemlər yarandığı bildirilirdi.
Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayon Keçili kəndində dəyirmançı ailəsində anadan olub. 9 yaşında atasını itirən Cənnət Əliyev İnternat məktəbində böyüyüb. Naxçıvan Dövlət Pedaqoji, Azərbaycan Xalq Təsərrüfatı İnsititutlarını, daha sonra Sverdlovsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1982-ci ildən Rusiyanın polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlayıb. 1987-ci ildə Sverdlovskda özünün «Təbriz» kooperativini yaradan Cənnət Əliyev qısa müddətdə uğur qazanır. Bundan sonra o, SSRİ-nin ilk rəsmi milyonçusu kimi tanınır.
1990-cı il 20 Yanvar faciəsində gülləbarana düşdükdən sonra ciddi psixoloji zədə alır. Cənnət Əliyev müharibə illərində Azərbaycan ordusuna xeyli vəsait ayıran şəxs kimi də tanınır. O, 1994-cü ildə Rusiya Federasiyası Kalmıkiya Respublikasının prezidenti Kirsan İjumijanovun Yaxın Şərq və Ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Cənnət Əliyev Rusiyada yaşayırdı.