“Gürcüstanla Rusiya arasında uçuşların bərpası AZAL-ın büdcəsinə zərbə vuracaq”. Bunu iqtisadçı İlham Şaban öz Facebook səhifəsində yazıb.
O, qısa müddətdən sonra Azərbaycan sərnişinlərinin Gürcüstana üz tutacağını deyib:
“AZAL-ın büdcəsinə yeni zərbə. Tiflis və Batumdan 6 illik fasilədən sonra Rusiyaya uçuşlar başlayıb. Gürcüstan Rusiyanın 7 aviasiya şirkətinə 2014-2015-ci illər üçün aeroporlarından istifadə etməklə bağlı lisenziya verib və ilk uçuşlar başlayıb. Dünən isə bir Rusiya aviasiya şirkəti AZAL-ın yuksək qiymət siyasətinə etiraz edərək Bakıya uçuşlarını dayandırıb. Belə getsə… artıq Azərbaycan vətəndaşları bir azdan 20 manata gedəcəklər Tiflisə və oradan da yarı qiymətinə uçacaqlar Rusiyanın bütün şəhərlərinə… Gürcülər və ruslar da bütün şəraiti yaradacaqlar ki, Azərbaycan sərnişinlərini məhz cəlb etsinlər özlərinə. Rus aviaşirkətləri əlavə sərnişin qazanacaqlar, Gürcüstan isə hər bir azərbaycanlıdan bir yemək pulu da olsa bəsidir. AZAL isə fors eləyib 400 milyon dollara aldığı təyyarə ilə 40-50 nəfəri Transatlantik reysi ilə daşıyar, 2-3 ildən bir Lənkəranda, Yevlaxda, Zaqatala kimi bomboş (sərnişin baxımdan) yerlərdə aeroptortlar tikər və Quba və Ələt də aglagəlməz layihələr irəli sürər… Təbii ki, kommersiya şirkəti olmayan bir qurumdan istənilən addımı gözləmək olar…”.