Afrikanın qərbində yerləşən Burkino-Fasonun paytaxtı Uaqaduquda müxalifətlə güc strukturları arasındakı qarşıdurmada ən azı 5 nəfər həlak olub.
BBC-ınin xəbərində deyilir ki, Burkina Faso-da prezident Blaeyse Kompaore 27 ildir ki, iqtidardadır. Ancaq o, gələn il yenidən prezident seçilmək arzusuna düşmüşdü. Yerli parlament prezidentə belə bir haqqın tanınması üçün ölkə konstitusiyasına dəyişikliyə səs verib. Bundan qəzəblənmiş xalq isə parlamentə od vurub. Hazırda ölkə bütövlükdə od içindədir.
Agentliyin məlumatına görə, şəhər valisinin binası və hakim partiyanın qərargahı da od içindədir. Böyük bir kütlə prezident sarayına tərəf yeriyir. Ölkənin hava limanı qapadılıb. Eyni zamanda onlarla hərbçi üsyançılara qoşulub. Keçmiş müdafiə naziri Kouame Lougue də onların arasındadır.
Bu, prezidenr Bleza Kompaorenin 27 illik idarəçiliyi dövründə ən genişmiqyaslı etiraz aksiyasıdır.
Müxalifətin kütləvi etirazı oktyabrın 30-da parlamentin ölkə Konstitusiyasına dəyişikliyə hazırlaşdığı məlum olandan sonra başlayıb.
Konstitusiyaya nəzərdə tutulan dəyişiklikdə 1978-ci ildə çevriliş nəticəsində hakimiyyətə gələn Kompaorenin 2015-ci ildə keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürməsi hüququ nəzərdə tutulur. Bu gün səhərdən müxalifət parlament binasına girməyə cəhd edib, nəhayət bunu bacarıblar və binaya od vurublar. Etirazçılar televiziya mərkəzini də lə keçirəndən sonra dövlət telekanalının verilişlərinin yayımı kəsilib.