Şəmistan Həzi
Bəli, azadlıqdan məhbəsədək. Sözün hər iki mənasında azadlıqdan məhbəsədək. Həm Azadliq qəzetindən, həm də fiziki və mənəvi azadlıqdan. Rejimin yeni uğursuzluqları uğurla davam edir. Sözümün canı var! Yaxın keçmişə nəzər salsaq görərik ki, hələ o vaxtdan həbslər, şərləmələr və jurnalistlərə təzyiqlər var idi. Buna misal kimi 2006-da Fikrət Hüseynlinin, 2007-də Aqil Xəlillinin bıçaqlanmasını, 2006-da Mirzə Sakitin narkotiklə şərlənərək həbs edilməsini, 2007-də Qənimət Zahidin şərlənərək xuliqanlıq maddəsilə həbs edilməsini və s. göstərmək olar. Hələ 2006-da Mirzə Sakiti, sakitləşdirməyin yolunu arayan rejim bunu müvəqqəti də olsa bacarmışdı. Amma onda nə narkotik var idi nə də haqsızlıq.
Xalqa nifrəti soyumayan acgözlərin növbəti qurbanı Qənimət Zahid oldu. Onlar Qənimət bəyi xuliqanlıqda ittiham edib həbsə atmağı bacardılar. İnsanlığın nümunəsini özündə əks etdirən Qənimət Zahidin xuliqanlıqla həbs edilməsi dəvənin quyruğunun yerlə sürünməsi kimi bir şey idi.Bunu çox gözəl bilsələr də, haqdan qaçmağa məcbur idilər.. Haqq onlar üçün bu gün də olduğu kimi şərəfsizlik və ədalətsizlik idi. Bu şərəfsizliyi uğurla davam etdirən rejim nəhayət ki,2014-cü ildə (artıq həm də AXCP GK-sədri olan) İlham Hüseynin 20 sutkalıq həbsindən sonra Seymur Həzini də həbs etməkdən çəkinmədi.Seymurun həbsi onlara çox şey qazandıracaqdı. Onların qurduğu plana əsasən Seymur Həzi xırda xuliqanlıq maddəsilə həbs olunaraq susdurulmalıydı. Həm istiqlaliyyət mübarizəsinin carçısı”Azadlıq”daki xəmiri dürüst vətəndaş cəmiyyəti quruculuğu ilə yoğrulmuş Seymur Həzi dəsti xəttinə xitam veriləcəkdi, həm də “Azərbaycan Saatı” işləmə mexanizmini dayandıracaqdı. Bacardıar? Cavabını mən verim:həm bacardılar, həm də yox Bacardıqları qeybətcil qadınlar kimi uydurma ehtimal üzərində Seymur Həzini şərləmək, bacarmadıqları isə bir SEYMURun həbsindən sonra ən az eyni səlisliklə, eyni korreksiya ilə yazmağı ifadə etməyi bacaran gənc yazar nəslinin, onlarla Seymurların yetişməsi baş verdi. Bacarmadıqları həm də o oldu ki, Seymur bəyin həbsindən sonra “Azərbaycanın Saatı” belə eyni korpus, amma daha yeni, daha aydın mexanizmlə, özü də birə beş gücüylə çalışmağa başladı. Bir sözlə rejim özü də istəmədən xalqa Sevinc Vaqifqızı, Fuad Əhmədli, Türkel Azərtürk, Ruslan Nəsirli və s. kimi gənclər qazandırdı. İndi bu gənclər yeni nəfəslərilə, qələbə əzmilə, haq savaşlarını və müstəqillik dirənişlərini davam etdirməkdədirlər. Biz həbsə düşmək üçün yox, mənbəyi xalq olan hakimiyyəti quranadək dirənişdəyik. .