Ataxan Əbilov: “Bu həm də vətənimdə normal cəmiyyətin olmamasının acısını yaşamaq deməkdir”
Niderlandda yaşayan beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis Ataxan Əbilov BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı olmuş Sergio Vieira de Mello adına mükafatının təqdimatı mərasimində çıxış edib. Çıxışı təəqdim edirik:
“Hörmətli xanımlar və bəylər,
Hörmətli səfirlər,
Hörmətli Polşa Respublikası prezidentinin səlahiyyətli nümayəndəsi,
İnsah haqlarının yenilməz mübarizi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı olmuş Sergio Vieira de Mello adına mükafatının bu il Leyla Yunusa verilməsinə görə mən ilk növbədə Leyla xanımın, Yunusovlar ailəsinin və bu ailənin dostları adından Villa Desius Asosasiyasına və bu günkü mərasimdə iştirak edən hər bir şəxsə dərin minnətdarlığı bildirirəm.
Bu müakfatı Leyla Yunusun adından almaq bir tərəfdən böyük şərəfdirsə, digər tərəfdən vətəndaşı olduğum Azərbaycan dövlətinin bu güngü acısını, Vətənimdə normal cəmiyyətin olmamasının acısını bir daha yaşamaq deməkdir.
Leyla Yunus hələ gənc yaşlarında SSRİ adlanan şər imperiası ilə insan haqqları ideyaları uğrunda mübarizəyə atılmışdı. O və həyat yoldaşı Arif Yunus şər imperiyasını xərabələri üzərində müstəqil Azərbaycan dövlətinin ilk kərpicini qoyan insalandandır. O vaxt bu insanların ağlına belə gəlməzdi ki, bir müddət sonra həmin imperiyanın ünsürləri onların qurduğu dövlətdə hakimiyyəti ələ keçirəcək və bundan şər imperiyasından da daha ötkəm formada onlara qarşı istifadə edəcəkdir.
Bu gün Leyla Xanım həyat yoldaşı Arif Yunusla bir yerdə həmin şər güvvələrin həbsxanasındadır. O hər gün xususi olaraq onunla bir kamerada saxlanılanlar və türmə personalı tərəfindən ağlasığmaz işgəncələrə məruz qalır. Onun saçlarından dartıb, başını həbsxana divarlarına çırpırlar.
Biz çox qorxuruq ki, Bakı həbsxanasında vəhşicəsinə öldürülən professor Novruzəli Məmmədov kimi bir daha Leyla və Arif Yunusları azadlıqda görə bilməyək.
Leyla Xanım öz silahdaşlarıla bir yerdə şər imperiyasına qalib gələ bilmişdi. Lakin biz bu gün avtoritar rejimin qarşısında aciz görünürük. Bilirsinizmi bunun səbəbi nədir? Şər imperiasıla mübarizədə bütün dünya, xüsüsən onun qabaqcıl hissəsi Leyla xanımın yanında idi. Bu gün isə onlar daha çox neft, qaz və qara kürünün yanında yer alıblar.
Mən Leyla Xanımın adından bu mükafatı almağa gələndə fikirləşiirdim ki, əgər bu mükafat Leyla xanımın özünə təqdim edilsəydi o, burda hansı sözləri səsləndirərdi. Bunun üçün mən onun həyat yoluna bir daha nəzər saldım. Belə nəticəyə gəldim ki, Leyla xanım bura siyasi məhbusların portretilə gələrdi. Bu gün Azərbaycanda onların sayı 100-ə qədərdir.
Təşkilatçılardan xahiş edərdim ki, onların hamısının portretini bir yerdə ekranda canlandırsın.
Onların sırasında kimlər yoxdur. Hüquqşünas marifçi İntiqam Əliyev, seçki mütəxəsisi Anar Məmmədov, jurnalistlər Tofik Yaqublu, Hilal Məmmədov, Əvəz Zeynallı, Pərviz Həşimli, vəkil Qurban Məmmədov, prespektivli siyasətçilər Yadigar Sadıqov, İlqar Məmmədov, gənc bloqerlər Əbdul Əbilov, İlkin Rüstəmzadə, Avropanın qabaqçıl universitetlərində təhsil almış Nidaçı gənclər. Saymaqla qurtarmaz.
Çıxışımın sonunda Sizdən bir ricam olacaq. Rica edirəm ki, bu mükafatı Leyla Yunusa verməklə öz işinizi başa vurmuş hesab etməyəsiniz. Leyla xanımı və digər siyasi məhbuslarımızın azadlığa çıxması üçün bundan sonra daha da ciddi fəaliyyət ortaya qoyasınız.
Bir daha hamınıza təşəkkür edirəm”.