Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib. Hüquq mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Etibar Akif oğlu Musayev ərizə ilə 17-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, cari ilin yanvar-avqust aylarında 1973-cü il təvəllüdlü Yasəmən Sabir qızı Nəcəfova onun etibarından sui-istifadə edərək 40 min manat alıb və qaytarmayıb.