Hazırda sakinlər hadisə yerindən evakuasiya olunur
Gəncə şəhərində 3 saylı Peşə liseyinin yataqxanasında yanğın baş verib. Nizami prospekti ilə Xətai prospektinin kəsişməsində yerləşən 5 mərtəbəli yataqxananın dam örtüyündə başlayan şiddətli yanğını FHN-nin yanğınsöndürən briqadası söndürməyə çalışır.
Hələ ki, alovu ram etmək mümkün olmayıb. Qeyd edək ki, həmin binada məcburi köçkünlər məskunlaşıb.
Hazırda sakinlər hadisə yerindən evakuasiya olunub. (Kəpəz TV)