Yazıçı Rasət Pirisoy qəyyumu olduğu Məhəmməd Mehdizadəyə yaradılan problemlərlə bağlı “Azadlıq”a növbəti məktub yollayıb. Yazıçı qeyd edir ki, valideyn himayəsindən mərhum Məhəmməd Mehdizadə Binəqədi rayon icra hakimiyyətinin başçısının 16.10. 2002-ci ildə 807 saylı sərəncamı ilə onun qəyyumuluğuna verilib.
“Məhəmməd Mehdizadə uşaqlıqdan əlildir. O, 2010-cu ildən xroniki böyrək çatmamazlığı diaqnozu ilə dializə düşüb. Səhiyyə nazirliyi, Ombudsman aparatı, Prezident Administrasiyası ilə apardığım uzun müddətli yazışmalardan sonra 2013-cü ilin 12 aprelində uşağa böyrək köçürülməsi haqqında razılıq aldıq. Bütün hüquqi tələblər nəzərə alınmaqla uşağa böyrək köçürülüb. 2013-cü ilin 26 noyabrında uşaq şiddətli bel ağrıları ilə Mərkəzi Neftçilər xəstəxanasında torakoabdominal KT-dən keçib, uşağın səkkizinci fəqərəsində şiş olduğu müəyyələşib. Uşağa Mərkəzi Neftçilər xəstəxanasının həkimi Elşən Ağababayev karset məsləhət görüb. Həkim səkkizinci fəqərədəki şişin bəd xassəli ola biləcəyindən şübəhələnib. Bundan sonra uşaq 1 saylı xəstəxanada kontrastlı MRT-dən keçib. Həkim Gövhər Qasımzadə uşağın səkkizinci fəqərəsindəki şişi “soyuq abses” kimi qiymətləndirib. 13 dekabrda Milli Onkoloji Mərkəzdə uşağı MRT-dən keçirən həkim Anar Kazımov uşaqda bəd xassəli şişi olmadığı qənaətinə gəlib. Hər ehtimala qarşı nefroloq, onkoloq və torakl cərrah kosultasiyasına ehtiyac olduğunu bildirib. Əldə etdiyim “snimkalar” əsasında uşağı Milli Onkoloji Məkəzinin cərrahları Rasim Babayevə və Əlövsət İsayevə göstərib, hər iki həkim gözləməyi məsləhət görüb. Ancaq bu cavablar mən arxayın olmadım. Mütəxəssislərin məsələhəti ilə Bakı Medikal Plazada axtarıb Zaur Aslanov adlı həkimi tapdım. Zaur Aslanov şişin vərəm mənşəli olub-olması ehtimalını nəzərədən keçirməyi məsləhət gördü. Mərkəzi Neftçilər Xəstəxanasını laborotoriyası vasitəsi ilə uşağın qan analizini Türkiyəyə göndərildi. Türkiyədən Məhəmməd Mehdizadənin onurğasındakı şişin vərəm mənşəli olmadığı barədə cavab gəldi”, – deyə Rasət Pirisoy bildirib.
Yazıçı bildirir ki, 2013-cü ilin 30 dekabrında Ombudsman Aparatını səyi və Səhiyyə nazirliynin göstərişi əsasında Milli Onkoloji Mərkəzdə (MOM) konsilium çağırılıb və konsilimda Məhəmməd Mehdizadənin səkkizinci fəqərəsindəki şişin onkoloji xarakter daşımadığı barədə qərar qəbul olunub. Bir müddət sonra – 2014-cü il yanvarın 7-də Məhəmməd Mehdizadə ağrılara dözməyərək özünə qəsd etmək istədi. Ombudsman Aparatı yenidən işə qarışıb, bundan sonra Səhiyyə nazirliyi səkkizinci fəqərədəki şişin vərəm mənəşəli olub-olmamasını apaşdırmaq məqsədi ilə Məhmməd Mehdizadəni Ağciyər Xəsətəlikləri İnstutuna göndərib. Bu zaman Türkiyədən şişin vərəm mənşəli olmadığı barədə aldığımız cavab Səhiyyə nazirliyini qətiyyən maraqlandırmayıb. Nəticədə uşağın müalicəsində çox qiymətli olan vaxt faktoru əldən verilib”.
Yazıçının sözlərinə görə, Ağciyər Xəstəlikləri İnstitutu şişin vərəm mənşəli olmadığı qənaətinə gəlib: “Bundan sonra uşağı yenidən Milli Onkoloji Mərkəzə göndərdilər. Bu ilin fevralın 6-da Məhəmməd Mehdizadəni cərrah Əbülfəz Soltanov əməliyyat edib. Əməliyyatdan 15 dəqiqə sonra mənə məlumat verildi ki, uşaq xərçəngdir və metastaz verib. Məhəmməd Mehdizadə üç aya yaxın həyatla ölüm arasında çarpışır. 2014-cü il 26 fevralda uşağın aşağı ətrafı fəaliyyətini dayandırır. Növbəti kimya terapiyaya intensiv hazırlıq getdiyi bir məqamda MOM-un baş həkimi Azad Əbürrəhimovun rəhbərliyi altında Məhəmməd Mehdizadənin xəstəxanadan çıxarılması məsələsi gündəliyə çıxarılır. Bunu həyata keçirmək üçün Məhəmməd Mehdizadənin qəyyumlarını qalmaqala cəlb olunur. Öncə bizi uşaqdan uzaqlaşdırılır və onun yanına buraxılmır. Sonra kosilium çağırılıb kimya terpiyanın nəticələri haqqında yalan məlumata əsaslanan rəy formalaşdırılır. Bundan sonra Məhəmməd Mehdizadənin müalicə həkimi Günel Ələsgərova bizim heç bir zəngimizə cavab vermir”.
Baş verənlərlə bağlı aidiyyəti qurumlara məlumat göndərən qəyyum Pirisoy ölkə başçısı İlham Əliyevə də müraciət edib.
Bildirir ki, Məhəmməd Mehdizadə MOM-un Uşaq Klinikasında səkkiz aydır alır.
“Müalicə həkiminin məlumatına, müayinələrin və MRT-nin nəticələrinə görə uşaqda yaxşılığa doğru böyük irəliləyiş var. 15 oktyabr tarixdə bizi uşağın yanından uzaqlaşdırdıqdan sonra MOM-da uşağın müalicəsini dayandırmaq qərarına gəliblər. Bu isə faktik uşağı öldürmək deməkdir”, – deyə yazıçı İlham Əliyevə müraciətində bildirir.