Ukraynada 11 ayda 824 min adam qaçqın düşüb
BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı Ukrayna köçkünlərinin sayını açıqlayıb. “Media forum” saytının məlumatına görə, oktyabrın 24-də açıqlanan məruzədə deyilir ki, Ukraynada sabitliyin pozulduğu vaxtdan bəri ən azı 824 min adam öz daimi yaşayış yerini tərk edib.
Onların 430 mini ölkənin daxilində köçkün düşüb. 387 min adam Rusiyaya, 6 min 600 adam isə Belarusa və Avropa İttifaqı ölkələrinə sığınıb. Təkcə sentyabr ayında Ukraynada 170 min adam öz yurdundan qaçmalı olub.