Qərbin sanksiyaları ilə üzləşən Rusiyada yaranan ərzaq və digər məhsulların qıtlığı rus alıcılarını Avropa bazarlarına üz tutmağa məcbur edir. Ruslar daha çox yaxınn qonşu ölkələrə, əsasən Polşa və Finlyandiyaya bazarlıq dalınca gedir. Bu ölkələrə getmək üçün viza əldə etməyin rahatlığı da öz rolunu oynayır. Alınan məhsullar arasında ərzaqla yanaşı qeyri-ərzaq məhsulları da yer alır.