Tanınmış vəkil Aslan Ismayılov “facebook” səhifəsində maraqlı məlumat paylaşıb. Vəkil yazıb: “Azərbaycan hakimiyyət təmsilçilərinin vətəndaşların haqlarını tapdalaması, əmlaklarını əllərindən alması barədə dəfələrlə çıxışlarımda demişəm, yazılarımda bildirmişəm.
Son dövrlər vətəndaşların, xüsusilə orta təbəqə iş adamlarının əmlaklarının əllərindən alınmasını artıq hakimiyyət təmsilçiləri deyil, ortada fırlanan, çürbəcür fondların, vəzifəli şəxslərin adınından istifadə edən ”işbazlar” həyata keçirir. Bu tip insanlar daim vəzifəli insanların ətrafında görünməklə, onlarla işbirliyində olduqları təəssüratı yaradır, sonra isə vətəndaşların əmlaklarını əllərindən alırlar. Son dövrlər Heydər Əliyev Fondunun, Prezident Administrasiyasının adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq törətmiş bir sıra şəxslər həbs edilmişlər və haqlarında məhkəmə hökmü də olmuşdur. Bu tip dələduzluqların törədilməsində hakimiyyətlə birlikdə vətəndaşların da suçu vardır. Belə ki, bəzi iş adamları qorxularından belə hallar barədə hüquq mühafizə orqanlarına xəbər vermirlər.
Iş yerim Nizami küçəsində yerləşdiyindən bu ətrafda çoxlu belə halların olması barədə eşitmişəm. Əksər iş adamlarının əmlaklarını cürbəcür adlar çəkməklə əllərindən su qiymətinə aldılar və heç kim məsuliyyətə cəlb olunmadı. Bu yaxınlarda növbəti iş adamı mənə müraciət edərək bildirdi ki, Azər Isfəndiyarov adlı makler fondlar, vəzifəli şəxslər adı çəkərək onun əmlakını yarı qiymətinə alqı satqı yolu ilə əlindən almış və ödəniləcək məbləğin əksər hissəsini isə verməkdən cürbəcür adlar çəkməklə imtina edir.
Qeyd: bu şəxs tərəfindən analoci hallarla üzləşənlərdən xahiş edirəm mənim mesaj bölməmə yazsınlar”.