Danimarkada PKK-ya pul toplama ittihamı ilə 10 nəfər məhkəməyə cəlb olunub.
Kürd mənşəli bu adamlar 2009-2012-ci illərdə 23 milyon dollar toplayıblar. Onlar pulları humanitar layihələrə, o cümlədən Danimarkada kürd dilində satellit televiziyası olan Roj TV-yə yardım kimi toplayıblar.
Prokuror onlara 4 il həbs cəzası tələb edib.
Həmin adamlara Danimarka polisi Roj TV ilə bağlı istintaq zamanı çıxıb. Roj TV PKK-nın ruporu elan olunaraq keçən il bağlanıb.
PKK Türkiyədə terrorçu təşkilat kimi qadağandır. (azadliq.org)