Hilal Məmmədov qızının toyunda iştirak etmək üçün 17 saylı Cəzaçəkmə Müəssisəsindən buraxılıb. Bu haqda AzadlıqRadiosuna onun qardaşı Səbahəddin Məmmədov məlumat verib.
Hilal Məmmədovu nəzarətçilər müşayiət edir. Qardaşı deyir ki, Hilal Məmmədovu, deyildiyi kimi, 3 yox, 1 günlüyə azadlığa buraxıblar.