Müsavat Partiyası Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov partiyadan kənarlaşdırılıb. Bu barədə APA-ya M. Muradov özü məlumat verib. O qeyd edib ki, özünün də iştirakı olmadan təmsil olunduğu təşkilatdan çıxarılması haqqında qərar verilib.
M. Muradov partiyadan kənarlaşdırılmasının səbəblərini belə izah edib: “Dünən axşam mənim iştirakım olmadan rayon təşkilatının Şurasında qərar qəbul olunub. Qurultaya bir ay qalmış Qubad İbadoğlunun tərəfdarlarına olan təzyiqlər pik həddə çatmışdı. Qurultaydan sonra Arif Hacılının başqanlığını və seçkilərin legitimliyini tanımadım”.
M. Muradov bildirib ki, partiyaya qayıtmaq və yeni qurultayın keçirilməsinə nail olmaq üçün mübarizə aparacaq.
“Mən təklif etmişəm ki, Məhəbbət Muradovu müdafiyə etmək üçün Müsavat partiyasının qarşısında etiraz piketi keçirək”. Bu barədə AzNews.az-a Müsavat partiyasının üzvü, sabiq müşavir Hüseyn Məlik deyib.
Onun sözlərinə görə, etiraz piketində başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarları iştirak edəcək: “Ümümi razılıq var. Müzakirələr gedir. Təklif müəllifi mənəm. Müsavatçıları fikirlərinə görə cəzalandırmaq olmaz”.
H.Məlik Məhəbbət Muradovun partiyadan qovulmasının səbəbini belə izah edib: “Onu Arif Hacılını tənqid etdiyi üçün qovüblar. Arif bəyi başqan kimi tanımıram”