AXCP sədri Əli Kərimli ürək əməliyyatı olunan AXCP Qazax rayon şöbəsinin sədri Sabir Çaylını dünən xəstəxanada ziyarət edərək, ona tezliklə sağalıb partiya sıralarına qayıtmağı arzulayıb.
Sabir bəy də öz növbəsində göstərdikləri diqqətə və qayğıya görə Əli Kərimli başda olmaqla, bütün cəbhəçilərə təşəkkürünü bildirib.
Daha sonra Əli Kərimli Tiflisdə ürək əməliyyatı olunaraq evinə dönən AXCP Rəyasət Heyətinin üzvü Məşədi Vaqif Pənahova baş çəkib. Məşədi Vaqif bəy Tiflisdə əməliyyat olunduğu vaxt partiya rəhbərliyi tərəfindən ona göstərilən qayğıya və mənəvi dəstəyə görə təşəkkür edib.
Ziyarətdə AXCP Ali Məclisinin sədri Həsən Kərimov, AXCP sədrinin müavini Gözəl Bayramlı və AXCP Rəyasət Heyətinin üzvü Eldar Hüseynov da iştirak edib.