«Freedom House» və Açıq Cəmiyyət Fondunun birgə keçirəcəyi tədbir ciddi əhəmiyyət kəsb edir
“Freedom House” və Açıq Cəmiyyət Fondu (Open Society) Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 27-də Vaşinqtonda müzakirələr keçirəcək.
“Freedom House”un prezidentiÿ David Kramer, Açıq Cəmiyyət Fondunun Avrasiya üzrə baş siyasi təhlilçisi Ceff Qoldştein, Avropada Sabitlik Təşəbbüsü təşkilatının sədri Gerald Knaus və Avropa və Avrasiya Bürosunun (E&E) administrator köməkçisi Paige Aleksandr Görüşün moderatorları olacaqlar.
Məlumatda bir daha xatırladılıb ki, son il ərzində Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, jurnalistlərə, hüquq müdafiəçilərinə həm xarici, həm də daxili QHT-lərə təzyiqləri artırıb.ÿQeyd edək ki, bu, cari ildə Vaşinqtonda Azərbaycanla bağlı keçirilən üçüncü dinləmədir.
Bəs bu dinləmələrdən gözləntilər nədən ibarətdir? Azərbaycandakı vəziyyətin bir daha mötəbər qurumlar tərəfindən gündəmə gətirilməsi nə vəd edir?
Ekspertlərin fikrincə, artıq uzun aylardır ki, Azərbaycan hakimiyyəti siyasi fəallara, vətəndaş cəmiyyəti təmsilçilərinə, jurnalistlərə qarşı repressiya siyasəti aparır. Bu müddət ərzində ayrı-aryı dövlətlərin təmsilçiləri, böyük beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə repressiyaları pisləyən bəyanatlarla çıxış ediblər. Avropa Parlamentinin qətnaməsinə və Obamanın çıxışına baxmayaraq hakimiyyət bu siyasətdən əl çəkmək fikrində olmadığını göstərir. Beynəlxalq aləm hakimiyyəti bu siyasətdən daşındırmaq üçün səylərini gücləndirir. Ayın sonlarında “Freedom House” və Açıq Cəmiyyət Fondunun birgə keçirəcəyi tədbir bu baxımdan ciddi əhəmiyyət kəsb edir. Tədbirin təşkilatçılarının məqsədi Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı yaranmış həyəcanlı vəziyyəti müzakirəyə çıxarmaqla yaranmış duruma diqqəti daha çox cəlb etməkdən ibarətdir.
Xəyal