Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayanı 7,5 il müddətinə azadlıqdan məhrum edib. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, sabiq nazir 2006-ıc ilin yanvarında məhkəmə qərarlarının icrası departamenrinin rəhbəri olduğu zaman 3 məhkumun öldürülməsi ilə nəticələnən cinayət hadisəsini ört-basdır etdiyi üçün “vəzifə səlahiyyətlərini aşma” və “işgəncə vermə” maddələri ilə mühaklimə olunub. Axalaya ilə yanaşı, Gürcüstan Müdafiə Nazirliyinin keçmiş yüksək rütbəli zabitləri – Levan Kardava, Georgi Mazmişvili və Meqims Kardava da uzun müddətli həbsə məhkum ediliblər.
Baço Axalaya 2009-2012-ci illərdə Gürcüstanın müdafiə naziri, 2012-ci ilin iyul-sentyabr aylarında isə daxili işlər naziri postlarında çalışıb.