Xırdalanın 40-a yaxın sakini Prezident Administrasiyasının qarşısında toplaşıb. Onlar 8 ildir ki, ala bilmədikləri mənzillərinin sorağı ilə gəlib.
Şikayətçilər bildirir ki, «Hayan-E» MMC tikinti şirkəti Xırdalanın mərkəzində bina inşa etmək adı ilə onlardan külli miqdarda pul alıb.
«Mənim mənzilimi bir neçə nəfərə satıblar», deyə sakinlərdən biri etiraz edir. Şikayətçilər əllərində «MMC bizi aldadır», «Düzgün və ədalətli qərar gözləyirik» və s. şüarları yazılmış plakatlar tutublar.
Payçılardan 2 nəfər Prezident Administrasiyasında qəbuldadır.
Payçılar bundan əvvəl də bir neçə dəfə etiraz aksiyası keçiriblər. «Hayan-E» MMC tikinti şirkəti sakinlərin iradları ilə razılaşaraq gecikmələr olduğunu bildirmişdilər (azadliq.org).