Qəzadan sonra maşının sürücüsü Sabir Məmmədov hadisə yerində dünyasını dəyişib
Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 51 yaşlı Sabir Məmmədov “Toyota” markalı avtomobillə Şəfa stadionundan üzü Ulduz metrostansiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi 17-ci polis bölməsinin qarşısında Müzəffər Nərimanov küçəsi 1-də olan dairəyı çırpılıb. Yüksək sürətlə idarə olunan avtomobil dairəyə çırpılaraq bir neçə dəfə çevrilib. Qəzadan sonra maşının sürücüsü Sabir Məmmədov hadisə yerində dünyasını dəyişib.
Qəzadan sonra hadisə yerinə Nərimanov rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Ərazidə müayinələr aparılıb və şahidlərin ifadələri alınıb. Faktla bağlı polis idarəsində araşdırma başlanılıb.
Qəzanın səbəblərinə təyin eiləcək ekspertizaların rəyindən sonra aydınlıq gətiriləcək.