Saxarov mükafatı Denis Mukveqeyə verildi
Saxarov mükafatı Konqo Demokratik Respublikasından olan ginekoloqa verilib. Bu barədə Avropa Parlamentinin prezidenti Martin Şults xəbər verib.
Onun sözlərinə görə, konqolu ginekoloq Denis Mukveqe Andrey Saxarov adına “Fikir azadlığı uğrunda” mükafatla təltif olunub: “Sədrlər Şurası 2014-cü ildə mükafatı Konqo Demokratik Respublikasından olan doktor Mukveqeyə verməyi qərara alıb”.
Mükafata digər namizədlər “Avromaydan” hərəkatı (fəallar Mustafa Nayem, Ruslana Lıjiçko, Elizaveta Şepetilnikova və Tatyana Çornovol) və həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus idi.
Mükafatın qalibi bəlli olandan sonra Avropa Parlamentin prezidenti Martin Şults bildirib ki, Avroparlamentə təmsil olunan bütün fraksiyaların nümayəndələri Azərbaycana gedərək Leyla Yunusla görüşəcək.