ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə Amerika yardımı üzrə ofisinin Avrasiya şöbəsinin direktor müavini Noy Kristal oktyabrın 21-də Azərbaycan KİV rəhbərlərindən ibarət qrupla görüşüb.
Səfirliyin mətbuat xidmətindən “Turan”-a bildirilib ki, KİV-lərin vəziyyəti və problemləri, həmçinin söz azadlığının vəziyyəti müzakirə olunub.
Noy Kristal və digər ABŞ təmsilçiləri ilə görüşdə KİV rəhbərləri mətbuatın problemlərindən danışıblar. Qarşı tərəf əsasən dinləyib və fikir bildirməyib. Görüşdə “Yeni Müsavat”, “Azadlıq”, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktorları, “Azadlıq” və “Amerikanın səsi” radiosunun Bakı ofisinin təmsilçiləri, eləcə də RATİ nümayəndəsi iştirak ediblər.
Qeyri-rəsmi məlumatlara görə, Noy Kristal bir sıra rəsmi şəxslərlə görüşlər keçirib.