Bu gün saat 12 radələrində Bakının Suraxanı rayonu ərazisində güclü partlayış olub. Anspress xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsi Malik Mustafayev 5 ünvanında yerləşən şirniyyat sexində qeydə alınıb. Hadisə nəticəsində sexin işçisi 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Həsənov ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.
İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib. Faktla bağlı araşdırma aparılır.